“Qarabağ” Avropa Liqasındakı rəqibi FCSB Rumıniya çempionatında 4-cü turdan təxirə salınmış oyununa çıxıb. Buxarest təmsilçisi səfərdə “Botoşani” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Meydan sahibləri 90+8-ci dəqiqədə qələbə topunu vurublar.
FCSB hazırda 16 turdan sonra 24 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, FCSB “Qarabağ”la Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda, gələn il yanvarın 23-də Bakıda qarşılaşacaq.