Basketbol üzrə Avroliqada 11-ci turun oyunları keçirilib.

Ötən həftə iki səfər qələbəsindən sonra “Anadolu Efes”doğma arenada Paris komandasına məğlub olub – 84:93. İlk saniyələrdən irəli atılan fransızlar matçın son hissəsini də yaxşı keçiriblər. İstanbul təmsilçisi bu məğlubyyətlə turnir cədvəlində rəqibinə çatmaq fürsətini əldən verib.

“Monako” klubu baş məşqçi dəyişikliyindən sonra ASVEL-i məğlub edib – 103:92. “Olimpiakos” isə çətinlik çəkmədən (92:69) “Baskoniya”ya qalib gəlib. Komandanın lideri Vezenkovun yoxluğu da yunanlara mane olmayıb.

“Olimpiya” uğurlu seriyanı davam etdirir. Milan komandası bu dəfə evdə “Makkabi”ni məğlub edib – 98:86. Madrid “Real”ı da qələbə qazanıb. İspanlar “Alba”dan 98:84 hesabı ilə üstün olublar.

Gecənin əsas görüşü isə Belqradda baş tutub. Serbiya derbisində ev sahibi “Srvena Zvezda” əzəli rəqibi “Partizan”a məğlub olub – 77:89.

Avroliqa turnirində 11-ci tura bu gün yekun vurulacaq.

Shares: