AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin iclasında üzv olaraq iştirak edib.

Futbolinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.

Toplantı zamanı komitə üzvləri tərəfindən aşağıdakı məsələlər müzakirə olunub:

– Cari mövsümdən etibarən UEFA tərəfindən klublar üçün nəzərdə tutulmuş həmrəylik ödənişlərinin lisenziyalaşdırma prosesi ilə əlaqələndirilməsi;

– Ötən mövsüm ərzində lisenziyalaşdırma sistemi ilə əlaqədar UEFA tərəfindən görülmüş işlərin icmalı;

– Bir qurum və ya şəxs tərəfindən bir neçə klubun sahibliyi (multi-klub sahibliyi) ilə əlaqəli qaydalar;

– UEFA tərəfindən dərc olunmuş statistik hesabatın icmalı və digər məsələlər.

Shares: