İspaniya Futbolçuları Assosiasiyası La Liqanın 2023/24 mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, bu, “Real”ın yarımmüdafiəçisi Cud Bellingem olub.

21 yaşlı futbolçu Madrid təmsiçisinin heyətində keçirdiyi ilk mövsümdə La Liqada 28 matça çıxıb, 19 qol vurub, 6 qolun ötürməsini verib.

Bütün bu nəticələr Bellingemin La Liqanın bombardiri olmaq uğrunda yarışda “Vilyarreal”ın keçmiş hücumçusu Aleksandr Sörlot və “Jirona”nın sabiq forvardı Artem Dovbikdən sonra 3-cü yeri tutmağına şərait yaradıb.

Shares: