Mövsümün iyirmi ikinci raunduna ev sahibliyi edən Las-Veqas şəhər trassının paddokundan maraqlı xəbərlər gəlməkdədir. “Racingnews365”in məlumatına görə, 2026-cı ildə Formula 1-də yeni komanda debüt edəcək.
Rəsmi açıqlama və digər təfərrüatların tezliklə veriləcəyi gözlənilir. Çox güman ki, söhbət Maykl Andrettinin bir neçə il əvvəl başladığı layihənin həyata keçirilməsindən gedir. Lakin yeni komandanın hansı adı alacağı hələlik məlum deyil. “General Motors”un layihədə daha aktiv rol alacağı gözlənilir.
Əvvəllər Formula 1 rəhbərliyi çempionatda on birinci komandanın meydana çıxmasına qarşı idi. Ancaq görünən odur ki, tərəflər məsələdə razılığa gələ biliblər.