Bu gün Misli Premyer Liqasında 14-cü tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

Tovuzda autsayder “Kəpəz” uğurlu mövsüm keçirən “Araz-Naxçıvan”ı sınağa çəkib. İkinci pillədə qərarlaşmış Naxçıvan təmsilçisi növbəti qələbəsini qazanmaqla müvəqqəti də olsa, zirvəyə yüksəlib.

“Səbail” – “Qarabağ” və “Neftçi” – “Zirə” oyunları sabah keçiriləcək. “Turan Tovuz” – “Sabah” və “Sumqayıt” – “Şamaxı” matçları isə bazar günü baş tutacaq.

Misli Premyer Liqası
14-cü tur

22 noyabr

“Kəpəz” – “Araz-Naxçıvan” 0:2
Qollar: Felipe Santos, 25. Bernardo Dias, 85.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
Tovuz şəhər stadionu, 17:00.

Kəpəz: 1. Rojerio Santos, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 3. Mahamadu Ba, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov , 80. Tural Rzayev, 99. Əli Səmədov, 70. Nicat Suleymanov, 20. Mahir Həsənov, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 97. Nicat Məmmədov, 10. Karim Lkuça, 19. Lassana Ndiaye.
Baş məşqçi: Azər Bağırov.
Araz-Naxçıvan: 13. Kristian Avram, 5. Qara Qarayev, 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 21. Sezar Meza Kolli, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro (k), 97. Felipe Santos.
Ehtiyat oyunçular: 13. Tərlan Əhmədli, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.

Shares: