DÇ-2026-nın seçmə mərhələsinin püşkatması öncəsi FIFA daha bir vacib qaydanı açıqlayıb.

Futbolinfo.az saytı xəbər verir ki, ali futbol qurumu milli komandaların turnir zamanı səfərlərinin məsafəsinə də diqqət yetirir.

Uzaq məsafə qət etməli olan komandalar arasında Azərbaycan millisi də var. Ancaq FIFA yığmamızın bütün səfərlərinin uzun olmamasına diqqət edəcək. Belə ki, yığmamızın müxtəlif səbətlərdə qərarlaşacaq uzaqdakı 3 komandadan yalnız birinin Fernandu Santuşun yetirmələrinə rəqib olmasına icazə veriləcək. Bunlar Cəbəllütariq, İslandiya və Portuqaliyadır.

Püşkatma zamanı Portuqaliya birinci, İslandiya üçüncü, Cəbəllütariq isə beşinci səbətdə qərarlaşacaq. Normalda 4-cü səbətdə olacaq yığmamız onların hər birinə rəqib ola bilər. Lakin FIFA-nın tələblərinə əsasən, bu komandalardan ən yaxşı halda biri millimizlə eyni qrupda yer ala biləcək.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 13-də keçiriləcək.

Shares: