Argentinanın U-20 komandasına yeni baş məşqçi təyin olunub. Bu post Dieqo Plasenteyə tapşırılıb.

Futbolinfo.az xəbər verir ki, Plasente Xavyer Maskeranonu əvəzləyib. Tezliklə “İnter Mayami”nin baş məşqçisi kimi 3 illik müqavilə bağlayacaq Maskerano yerli federasiya ilə gedişini razılaşdırıb.

2014-cü ildən məşqçi karyerasına başlayan Plasente 4 ildir Argentinanın müxtəlif yaş qrupundan ibarət yığmalarında köməkçi kimi fəaliyyət göstərirdi. O, ilk dəfə baş məşqçi olacaq.

Shares: