“Milan” yeni müqaviləyə hazırlaşır. “Rossonyerlər” Matteo Qabbiya ilə anlaşmanın müddətini uzatmaq üçün razılığa gəlib.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin mövcud müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq. Milanlılar müddəti daha 3 il artırmaq niyyətindədir. Futbolçu maaşının 2,2 milyon avro olmasına razılaşıb. Sonradan bu müddət 2030-cu ilədək artırıla bilər.

“Milan” yetirməsi olan Qabbiya ötən mövsümün ilk 6 ayını icarə əsasında “Vilyarreal”da keçirib.

Shares: