İspaniyanın Malaqa şəhərində keçirilən Devis kubokunda ikinci yarımfinal oyunu da başa çatıb. İtaliya və Avstraliya komandaları arasındakı matç iki oyunla nəticələnib.

Təklərin ikinci oyununda Yannik Sinner Aleks De Minora qalib gəlib – 6:3, 6:4. Bununla da ümumi hesab 2:0 olub.

Xatırladaq ki, ilk oyunda Matteo Berrettini Tanasi Kokkinasisi məğlub etmişdi – 6:7, 6:4, 7:5.

İtaliya millisi ardıcıl ikinci dəfə finala yüksəlib. Həlledici qarşılaşmada onların rəqibi Niderland millisi olacaq.

Shares: