Azərbaycan Premyer Liqasının 14-cü turunun “Sumqayıt” – “Şamaxı” oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyunla bağlı bunları söyləyib:

“Bu qələbəni şəhərimizə hədiyyə edirik. Gözəl oyunla vacib üç xal qazandıq. Yaxşı komandaya qarşı mübarizə apardıq. Hər iki hissədə daha üstün idik və yaxşı oyun göstərdik. Futbolçularımı bu oyuna görə təbrik edirəm.

Hər oyun çətindir. Rahatlaşmamışıq, istədiyimiz futbolu nümayiş etdirmək istəyirik. Xallar qazanmaq çox vacibdir. Avrokubok zonası haqda indi danışmaq düzgün olmaz. Amma hər komanda kimi biz də bunu istərdik. Hər oyunda bugünkü kimi mübarizə aparsaq, yuxarı sıralarda ola bilərik. İstəyirəm ki, fanatlarımız gəlsin və bizə dəstək olsunlar. Bilirəm ki, gəlməyən fanatların da ürəyi bizimlədir”.

Shares: