“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxışından razıdır.
Futbolinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Bundesliqa II-nin 13-cü turunda “Paderborn”la oyundan sonra bu barədə açıqlama verib.
Kloze 2:3 hesabı ilə məğlub olmalarına baxmayaraq, komandasından məmnunluğunu bildirib. O, hücumçular – Mahir Emreli və Stefanos Tziması 90 dəqiqə meydanda saxlamasını belə əsaslandırıb: “Bərabər səviyyəli oyun keçdi, hər iki komanda topa sahib olmağa çalışırdı. Oyun baxımından biz daha yaxşı idik. Hücumda keyfiyyətli görünürdük. Emreli və Tziması da buna görə sona qədər meydanda saxladım. Onları əvəzləsəydim, hücum planında axsaya bilərdik”.
Qeyd edək ki, “Nürnberq” hazırda 18 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşır.