Uğursuz nəticələr “Lester” rəhbərliyini baş məşqçi postunda dəyişiklik etməyə məcbur edib. Bu səbəbdən Stiv Kuper İstefaya göndərilib.

Futbolinfo.az xəbər verir ki, İngiltərə Premyer Liqasının son turunda evdə “Çelsiyə 1:2 hesablı məğlubiyyət yekun qərarın verilməsinə kifayət edib. 12 oyuna 10 xal toplayan “tülkülər” hazırda 16-cı pillədədir və bu, rəhbərliyi qane etmir.

Daha öncə “Suonsi” və “Nottingem Forest”də də çalışmış 44 yaşlı uelsli bu ilin yayında “Lester”ə təyinat almışdı.

Artıq Kuperin xələfi olmağa əsas namizəd də bəllidr. “Çelsi”dən ayrıldıqdan bəri işsiz olan Qrem Potter danışıqlara başlayıb. 49 yaşlı mütəxəssis ilkin şərtlərlə razılaşıb.

Shares: