Elvin Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
“Sabah”ın yarımmüdafiəçisinin yubileyi Misli Premyer Liqasının XIV turuna təsadüf edib. 29 yaşlı futbolçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.
Premyer Liqada 2013/14 mövsümündə debüt edən Camalov 250 oyunda 2 qol vurub. O, 3 komandanın formasını geyinib. Elvin “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.
Qeyd edək ki, Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.