Kurban Berdıyev “Tovuz Turan”dan ayrılıb. Bu iddia ilə Rusiyanın “Legalbet.ru” saytı çıxış edib.

Bildirilib ki, 72 yaşlı mütəxəssisin klubdakı işi rəhbərliklə münaqişələrlə müşayiət olunub. Bu səbəbdən tərəflər yolların ayrılmasını qərara alıb.

Dmitri Smirnov, Vasili Berezutski və Aleksandr Naqornı Premyer Liqa klubunun yeni məşqçi korpusunu formalaşdıra bilər. Hazırda tərəflər arasında danışıqlar aparıldığı vurğulanır.

Tovuz klubunun rəsmiləri isə xəbəri qəti şəkildə təkzib edir. Onlar rusiyalı məşqçinin işinin başında olduğunu, bu iddiaların həqiqəti əks etdirmədiyini bildirir. Hətta Berdıyev əsas komandanın oyunundan sonra Tovuzda qalaraq aşağı yaş qruplarından ibarət komandaların hazırlıqlarını izləməyi lazım bilib. Bu isə onun işə məsuliyyətlə yanaşmasının göstəricisidir.

Qeyd edək ki, “Turan Tovuz” hazırda 27 xalla üçüncü pillədə qərarlaşır. Berdıyev bu mövsümdən komandaya rəhbərlik edir.

Shares: