İspaniyanın Malaqa şəhərində keçirilən Devis Kuboku başa çatıb.
Finalda İtaliya ilə Niderland milli komandaları qarşılaşıb. İlk olaraq korta Matteo Berrettini ilə Botik van de Zandsxulp çıxıblar. İtalyan tennisçi ilk setdə 6:4, ikincisində isə 6:2 hesabı ilə qələbə qazanıb.
Yannik Sinner ikinci oyunda Tallon Qrikspurla qarşılaşıb. Burada da italyan tennisçi qalib gəlib – 7:6, 6:2.
Beləliklə, cütlüklərin oyununa ehtiyac qalmayıb. İtaliya millisi ardıcıl ikinci il Devis Kubokunun qalibi olub.
Maraqlı fakt ondan ibarətdir ki, bu turnirdə Yannik Sinner reytinqdə ilk onluqda olan tennisçilər üzərində qələbələrin sayını 18-ə çatdırıb. Bununla da o, 3 əfsanə – Federer, Nadal və Cokoviçin nailiyyətini təkrarlayıb.