Keçmiş futbolçu Alessandro del Pyero İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti postuna namizədliyini irəli sürə bilər. Bu barədə ölkənin ən tanınmış jurnalistlərindən biri Nikolo Şkira məlumat verib.

Mənbənin sözlərinə görə, 50 yaşlı italiyalı FIGC-nin rəhbəri postuna namizədliyini irəli sürmək imkanını dəyərləndirir. Yeni prezident seçkiləri 2025-ci il fevralın 3-nə təyin edilib.

Del Pyero 2015-ci ildə karyerasını bitirib. Forvardın son klubu Hindistanın “Dehli Dinamo”su olub. “Yuventus”un tərkibində del Pyero altıqat İtaliya çempionu və Çempionlar Liqasının qalibidir. İtaliya millisi ilə birlikdə hücumçu 2006-cı ildə dünya çempionu titulunu qazanıb.

Shares: