Kilian Mbappe Vinisius Juniorla münasibətləri barədə danışıb. “Real”ın fransalı ulduzu braziliyalı həmkarı ilə heç bir problem yaşamadığını deyib.
Futbolinfo.az xəbər verir ki, dünən “Leqanes” üzərində 3:0 hesablı səfər qələbəsindən sonra hücumçu hər şeyin qaydasında olduğunu bildirib: “Vini ilə çox əla münasibətim var. Ən yaxşı oyunçular Madriddə toplaşıb və qələbələr qazanmağa hazırıq. Burada klubun öz yetirmələri də məni heyran etdi”.
Mbappe bütün fikrini qələbə qazanmağa yönəltdiyini bildirib: “Bir gün öncə “Barselona” heç-heçə etdiyindən bizim öz oyunumuzu qələbə ilə başa vurmaq ehtiyacımız daha da artmışdı. Bu, xal fərqini azaltmaq üçün əla şans idi və fürsəti əldən vermədik. Fərqli mövqedə çıxış etdim, amma yaxşı oynadığımı düşünürəm. İstənilən mövqedə oynamağa hazıram. Yaxşı çıxış etmək və komandaya faydalı olmaq niyyətindəyəm”.