“Real” və “Barselona” eyni futbolçuya elçi düşüb. İspaniya nəhəngləri “Malaqa”da parlamağa başlayan Antonitonu heyətinə qatmağa çalışır.

Futbolinfo.az xəbər verir ki, klubun 18 yaşlı yetirməsi adından söz etdirməkdədir. Sağ cinah müdafiəçisinn hazırkı dəyəri 2 milyon avrodur. “Real”la “Barselona” klubu ilə yeni müqavilə bağlamayan oyunçunu bu qış heyətinə qatmaq üçün yarışır. Belə olarsa, “Malaqa” yalnız yetişdirmə haqqı alacaq.

Antonito daha iddialı klubda oynamağa can atır. Lakin güman ki, onu transfer edən klub püxtələşməsi üçün müdafiəçini hansısa digər La Liqa klubuna icarəyə verəcək.

Shares: