“Liverpul” Martin Subimendidən əl çəkmir. Bir neçə dəfə futbolçudan və klubu “Real Sosyedad”dan rədd cavabı alan İngiltərə təmsilçisi növbəti cəhdi etməyə hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, mersisaydlıların baş məşqçisi Arne Slot dayaq bölgəsini gücləndirmək üçün gənc yarımmüdafiəçi axtarır. “Real”dan Aurelien Çuamenini də israrla istəyən “Liverpul” Subimendiyə ehtiyat variant kimi baxır.

Martinin hazırkı transfer dəyəri 50 milyon avrodur. Amma klubu 2027-ci ilin yayınadək müqaviləsi olan 25 yaşlı yetirməsini 70 milyondan aşağı satmaq niyyətində deyil.

Shares: