“Sabah” FK-da yeni baş məşqçi təyinatı gerçəkləşib.

Futbolinfo.az xəbər verir ki, klubun mətbuat xidməti bununla bağlı paylaşım edib.

Bakılılar rusiyalı məşqçi Vasili Berezutskini baş məşqçi postuna təyin edib. Gənc mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. O, bu postda Krunoslav Renduliçi əvəzləyib.

Vasili Berezutski daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).

Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).

Shares: