AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere və AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev “Kəpəz”in üzvləri ilə görüşüblər.
Gəncə klubundan Futbolinfo.a-a verilən məlumata görə, futbolçulara qaydalarda və təlimatlarda edilən dəyişikliklər barədə məlumat verilib.
Mübahisə doğuran oyun epizodları nümayiş etdirilib, vəziyyətlərə aydınlıq gətirilib. Frank De Blekere futbolçuların suallarını cavablandırıb.