“Araz-Naxçıvan”ın hücumçusu Felipe Santosun futbolinfo.az saytına müsahibəsi

–  Son oyunda “Kəpəz”lə qalib gəldiniz. Oyun haqqında fikrin necədir?

– “Kəpəz”ə qarşı çox yaxşı oyun keçirdik. Zaman keçdikcə komandamız daha da yaxşılaşır. Meydança heç də yaxşı deyildi, amma tez qolu vurduq və bu, oyunu sonradan nəzarətdə saxlamağımıza kömək etdi.

– Komanda uğurlu yoldadır. Bunun sirri nədir?

– Biz çox çalışırıq, nə qədər işlədiyimizi yalnız biz bilirik. Çox güclü və təcrübəli komandamız var və nə yaxşı ki, hər şey yaxşı gedir. Davam etmək üçün hər şeyi edəcəyik.

– Üfüqdə avrokuboklara vəsiqə görünür?

– Bu, bizim məqsədlərimizdən biridir və biz buna nail olacağıq. Sadəcə, bizdən asılıdır.

-Premyer Liqanın bombardirisiz. Bu, sizə motivasiya verir?

– Bəli, mən çox xoşbəxt bir an yaşayıram və ümid edirəm ki, davam edəcəm. Bunun davam etməsi üçün çox çalışacam.

– Növbəti oyun “Turan Tovuz”la olacaq. Onlara qalib gələ biləcəksiniz? Çünki əsas rəqiblərinizdən biridir və onlar da mövsümün yaxşı komandalarından sayılır…

– Bizim üçün hər matç finaldır və qələbə üçün hər şeyi edəcəyik. Bu oyunun əhəmiyyətini bilirik.

AĞA

Shares: