Mingəçevir şəhərində “Atilla” kikboksinq idman zalının açılış mərasimi keçirilib.

Tədbirdə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi və əməkdaşları, şəhid ailələri, qazilər və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

Mingəçevirdə belə idman klublarının yaradılması gənc nəslin sağlam ruhda böyüməsinə və idmanın inkişafına təkan vermək, yeniyetmə və gənclərə sağlam həyat tərzinin təbliğ olunması və onların asudə vaxtlarını səmərəli keçirməklə pis vərdişlərdən uzaq olması məqsədini daşıyır.

Shares: