FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, E.Məsiyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Serkle Brügge” (Belçika) – “Harts” (Şotlandiya) oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Noyabrın 28-də Brügge şəhərində yerləşən “Jan Breydel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Shares: