Formula 1 2026-cı ildən çempionatda iştirak etmək üçün “General Motors” və onun “Cadillac” brendi ilə prinsipial razılığa gəldiyini təsdiqləyib. Bunu “Liberty Media”nın rəhbəri Qreq Maffei bildirib.
“Formula 1-in ABŞ-da davamlı inkişaf planlarını düşünərək , “GM/Cadillac” kimi nəhəng Amerika brendinin çempionata gəlişinin faydalı olacağına inanmışıq. GM-in gələcəkdə güc qurğusu istehsalçısı kimi çıxış etməsi idmana əlavə dəyər və maraq gətirə bilər.
“General Motors” rəhbərliyini və onların tərəfdaşlarını Formula 1-də iştiraka hazırlıqda əhəmiyyətli irəliləyiş əldə etdiklərinə görə alqışlayırıq. Biz 2026-cı ildə “Team Cadillac”ın çempionatda iştirakından məmnunuq”, – deyə Maffei bildirib.