Almaniyanın “Sport.de” portalının İspaniya mətbuatına istinadən verdiyi xəbərə görə, “Əl-Hilal”ın hücumçusu Neymar Səudiyyə Ərəbistanı komandası ilə müqaviləsi başa çatdıqdan sonra Madrid “Real”ına keçmək imkanını nəzərdən keçirir.
Qeyd olunur ki, 32 yaşlı futbolçu yaxşı münasibət qurduğu Vinisius Junior və Kilian Mbappe ilə birlikdə oynamaq arzusundadır.
Neymar 2023-cü ilin avqustunda “Əl-Hilal”a keçib. Bu mövsüm o, cəmi iki oyunda meydana çıxıb. Braziliyalı hücumçu keçən il çarpaz diz bağından zədə alaraq uzun müddət meydandan kənarda qalmışdı.
Braziliyalının Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Şərtlərə əsasən, tərəflər sözləşməni bir mövsüm də uzada bilərlər.