“TaToTake”nin verdiyi xəbərə görə, Ukrayna Futbol Assosiasiyasının nümayəndəsi Valeri Lyutıy rüşvət alarkən yaxalanıb.

Mütəxəssis Ukrayna kubokunun 1/64 final mərhələsinin “Olimpiya” – “Kremin” oyununda (2:0) çalışıb. Lyutıy “Olimpia” stadionunda təhlükəsizlik standartlarına riayət edilmədiyini və sığınacaqda yerləşdiyi şəraitin pis olduğunu qeyd edib. Bununla belə, nümayəndə matçın baş tutmasına icazə verib. O, hesabatında bu problemləri təsvir etməyib və bunun üçün yerli valyutada təxminən 57 avro rüşvət alıb.

Sonradan Lyutıy poliqrafdan keçərkən yalanını etiraf edib. Buna görə o, 6 ay işindən uzaqlaşdırılıb.

Shares: