19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə üz-üzə gəlib.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma İsveçrə komandasının 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 qrupda ikinci oyununu noyabrın 29-da Estoniya seçməsinə qarşı keçirəcək.

Shares: