AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda Əvəzedicilər Liqasının 14-cü turu çərçivəsində keçirilmiş oyunlarla bağlı aşağıdakı qərarlar qəbul edilib.

“Səbail-2” – “Qarabağ-2” oyununun 6-cı dəqiqəsində “Səbail-2” komandasının 84 nömrəli futbolçusu Teymur Məmmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Səbail-2” komandası 100 manat cərimə edilib.

“Sumqayıt-2” – “Şamaxı-2” oyununun 90+1-ci dəqiqəsində “Şamaxı-2” komandasının 70 nömrəli futbolçusu Nicat Xasıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şamaxı-2” komandası 50 manat cərimə edilib.

Shares: