“Neftçi”nin hücumçusu Andre Şinyaşiki ilə erkən vidalaşmasının səbəbi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, uzun müddətdir zədəli olan braziliyalı vətəninə qayıtmaq üçün rəhbərlikdən icazə istəyib. O, müalicəsini davam etdirmək üçün Azərbaycanı tərk etmək istəyirmiş. Belədə klub rəhbərliyi ona birdəfəlik getməsini təklif edib. Hücumçuya baş məşqçi Samir Abasovun planlarına daxil olmadığı və yayda müqaviləsi bitən kimi yolların ayrılacağı çatdırılıb.
Yekunda tərəflər anlaşmanı qarşılıqlı razılıqla pozmağa qərar verib. Şinyaşiki yanvara kimi müalicəsini tamamlayaraq özünə yeni iş yeri tapacaq, “Neftçi” isə həm xərclərinə qənaət edəcək, həm də qışda heyəti gücləndirmək üçün daha bir boş yer qazanıb.