Dünya şahmat tacı uğrunda görüşdə çinli qrossmeyster Dinq Lijenlə hindistanlı Qukeş Dommaraca arasındakı partiya heç-heçə başa çatıb. 32 yaşlı çinlinin ağ fiqurlarla oynadığı partiya 23-cü gedişdən sonra yekunlaşıb.
Bazar ertəsi, noyabrın 25-də Dinq Lijen qara fiqurlarla Dommaracaya qalib gəlmişdi. Hazırda son dünya çempionu 1,5:0,5 hesabı ilə ödnədir. Matçın üçüncü görüşü çərşənbə günü, noyabrın 27-də baş tutacaq.
Dinq Lijen keçən il şahmat tacı uğrunda görüşdə rusiyalı Yan Nepomnyaşiyə qalib gəlmişdi.