“Böyük Dəbilqə” turnirlərində 22 dəfə qalib olan ispaniyalı Rafael Nadal Balear adalarında keçirilən qolf turnirində iştirak edib.

Nadal bu idman növündə özünü yaxşı tərəfdən göstərərək Malyorkada keçirilən turnirdə ilk on qolfçu sırasına daxil olub.

“Ümumiyyətlə qolfu sevirəm. Bu əla oyundur, çünki siz mənzərəli yerlərdə olursunuz və zədə riskiniz də çox azdır”, – deyə Nadal “Sportskeeda”ya açıqlamasında qeyd edib.

Xatırladaq ki, ötən həftə 38 yaşlı Nadal karyerasının son oyununda niderlandlı tennisçi Botik van de Zandsxulpa 4:6, 4:6 hesabı ilə uduzmuşdu.

Shares: