“Sumqayıt”ın futbolçusu Cordan Rezabalanın futbolinfo.az saytına müsahibəsi

– Son matçda “Şamaxı” üzərində qələbə qazandınız və bu qalibiyyəti geridönüşlə əldə etdiniz. Gərgin keçən matç barədə fikirləriniz necədir?

– Biz düşündüyümüz şeyləri etdik. Fikrimcə, meydanda daha yaxşı idik və nəticə də bunu göstərdi. Açıq-aydın daha çox qol vurmalı idik. Ümid edək ki, növbəti oyunlarda daha çox qol vurmağı bacaracağıq.

– Komanda uğurlu qrafik cızmağa başlayıb. Bu cür davam edə biləcəksiz?

– Biz doğru yoldayıq. Yaxşı gələcəyi təmin etmək ancaq iş və çoxlu səylə əldə olunacaq. Biz də bunun üçün çalışmağa davam edəcəyik.

– Vaqif Cavadovun baş məşqçi postuna gəlişindən sonra son 4 oyunun 3-də qələbə qazanmısız. Bəs, ondan öncə qələbələr üçün nə çatmırdı?

– Futbolda mərhələlər var. Bəzən pis seriya, bəzən yaxşı seriya. Biz indi yaxşı ilə davam edirik. Ümid edək ki, bu cür oynamağı sonacan bacaracağıq.

– “Şamaxı” ilə matçda çox qol epizodu yaratdız, amma fərqlənə bilmirdiz. Bunun səbəbini nədə görürsüz?

– Önəmli olan qol imkanları yaratmaqdır. Qol vurmaq üçün bəzən bəxt də lazımdır, biz ən vacibi edirik, qol imkanları yaradırıq.

– Qış fasiləsinə qədər hədəf nədir? Sizcə, 4-cü pilləyə qədər qalxmaq mümkün olacaqmı? Çünki cəmi 4 xal fərq var…

– Nə olacaqsa, onu gələcəyə buraxıram.

– Elə növbəti oyununuz da 4-cü yerdə olan “Zirə” ilədir. Rəqibin uğursuz dönəmdən keçdiyini nəzərə alsaq, 3 xal qazanmaq olar?

– Sarı vərəqə limitinə görə növbəti oyunu buraxacağam. Komandanın yaxşı iş görəcəyinə və xal qazanacağına inanıram.

AĞA

Shares: