“Komandada hər şey yaxşıdır. Baş məşqçimiz Kaxaber Sxadadzenin tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Məqsədimiz hər oyun qələbə qazanmaqdır. Meydana yalnız bunun üçün çıxırıq. Çünki çempion olaraq, yenidən Premyer Liqaya qayıtmaq istəyirik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Salman Ələsgərov deyib.

23 yaşlı müdafiəçi “Karvan”la oyuna xüsusi hazırlaşmadıqlarını söyləyib: “Karvan”la matça keçən oyunlardan fərqli hazırlaşmırıq. Düzdür, hazırda liderdilər. Lakin biz bütün rəqiblərə eyni gözlə baxaraq, hər birinə hörmətlə yanaşırıq. “Qəbələ” böyük klubdur və adının keçdiyi hər yerdə yalnız qələbəyə qane olmalıdır. Maraqlı qarşılaşma olacağına inanıram. Komandamızda kim meydana çıxırsa, maksimum şəkildə bacardığını edir. Ümid edirəm ki, meydanda yaxşı mübarizə apararaq qələbə qazanarıq”.

GÜNAY SÜLEYMANOVA

0847ef5a f6db 4097 97e3 34a371014a2b - Futbolinfo.az
Shares: