“Şamaxı”nın müdafiəçisi Arsen Ağcəbəyovun futbolinfo.az saytına müsahibəsi

– Son turda “Sumqayıt”a uduzdunuz. Səncə, məğluiyyətə layiq idiniz?

– Elə deməzdim. İkinci hissədə yüz faizlik qol epizodlarımız oldu, vura bilmədik. Sonra da qapımıza penalti təyin edildi, rəqib üstünlük qazandı. Uduzduq, amma minumum bir xala layiq idik.

– Komanda qeyri-sabit çıxış edir. Səncə, bu çempionatın çətinliyinə görədir, yoxsa sizin hansısa çatışmazlıqlarınız var?

– Komandalar güclənib, hamısı dinamik futbol oynayır. Rəqabət güclüdür. Çatışmazlıqların olduğunu deməzdim, amma təbii ki, bəzi nüanslar var, onların üzərində işləməliyik. Bunun üçün də əlimizdən gələni edəcəyik. İstəyimiz nail olacağımıza ümid edirəm.

– Komandanın hədəfi sırf liqada qalmaqla bağlıdır?

– Bəli, məqsədimiz liqada yerimizi qorumaqdır.

– Elə növbəti tur bu yolda vacib oyunlardan birini keçirəcəksiz. “Kəpəz”ə evdə qalib gəlmək mümkün olacaq?

– Düzdür, biz də bunun fərqindəyik. Gəncə klubu ilə oyun çox vacib matç olacaq. Meydandan 3 xalla ayrılmalııyıq, başqa variantımız yoxdur. İnanıram ki, doğma meydanda qələbə qazana biləcəyik.

– Bu matç öncəsi heyətdə ciddi itkilər var. Kapitanınız Adil Nağıyev də olmayacaq. İtkilər sizə problem yaradacaq?

– İnanmıram ki, onların əvəzinə meydanda olacaq futbolçular matçın əhəmiyyətini dərk etməsin. Bu səbəbdən hansısa problem yaşayacağımızı düşünmürəm.

AĞA

Shares: