Ölkələrin UEFA reytinqi yenilənib.

Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçirilən ilk oyunlar bəzi ölkələrin aktivindəki xalların artmasına səbəb olub.

Ancaq bu sıralamada dəyişiklik üçün kifayət etməyib. Həmçinin Azərbaycan da mövqeyini qoruyub. Aktivində 19,625 əmsal olan ölkəmiz Avropada 27-ci pillədə qərarlaşır. Ölkəmiz özündən irəlidə olan Rumıniyadan 0,500 xal geri qalır. Cari mövsümün ümumi qazancı isə 2,875-ə bərabərdir.

Qeyd edək ki, siyahıya 95,589 xalla İngiltərə başçılıq edir.

Shares: