“Sportinq”in hücumçusu Viktor Dyökereş “Arsenal”ın yarımmüdafiəçisi Qabriel Martinellinin qol sevincini onun kimi qeyd etməsinə münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, londonluların üzvü Çempionlar Liqasının dünənki matçında rəqibinə sataşıb. 5:1 hesablı qələbə qazanan qonaqların 3-cü qolunu vuran braziliyalı bunu əlini üzünə aparmaqla, amma isveçlidən bir qədər fərqli qeyd edib.
Bu il hamıdan çox qol vuran, amma “Arsenal”la matçda fərqlənməyən Dyökereş deyib: “Qabriel özü üçün qol sevinci üsulu tapa bilmirsə, məndən oğurlaya bilər. İstənilən halda, mənim üslubumu bəyənməsi əyləncəlidir”.