“The Objective” nəşrinin xəbərinə görə, Qətər İnvestisiya Təşkilatı (QIA) “Kick-Sauber/Audi” komandasının səhmlərinin üçdə birini 300 milyon avroya satın alıb.
Qətərin müstəqil fondu “Harrods Group”, “Sainsbury’s” supermarketlər şəbəkəsi, “Miramax Films” film istehsalı şirkəti, “Iberia və British Airways” aviaşirkətləri, “Barclays” və “Credit Suisse” bankları və “Al Jazeera” televiyası kimi şirkətlərin səhmdarıdır.
Müqavilənin bu həftə rəsmi olaraq elan ediləcəyi gözlənilir.
“Audi” və “Volkswagen” “Kick-Sauber”in mümkün satışı ilə bağlı bütün şayiələri təkzib etsələr də, son vaxtlar Almaniya konserninin iqtisadi böhran yaşaması onları fikrindən döndərib. Almaniyada fabriklərin bağlanmasından və 30 minə qədər iş yerinin itirilməsi faktları var. Belə bir vəziyyətdə Qətər kapitalı konsern üçün faydalı olmalıdır. Çünki bu, əsas şirkətin pulunu xərcləmədən Formula 1 komandasının inkişafını davam etdirməyə kömək edəcək.