Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası fəaliyyətini dayandırıb.
Futbolinfo.az xəbər verir ki, qurum ləğv olunub.
Bununla yanaşı, Naxçıvanda Azərbaycan Karate Federasiyanın nümayəndəliyi yaradılıb. Nümayəndəliyin rəhbəri Nəriman Quliyev təyin edilib.
Qeyd edək ki, federasiya 2002-ci ildən fəaliyyət göstərirdi.
Xatırladaq ki, daha öncə Naxçıvan Şahmat Federasiyasını fəaliyyətini dayandırmışdı.