1978-ci ildə Formula 1 çempionatının qalibi olmuş Mario Andretti “Cadillac” komandasının pilotlarının tərkibi ilə bağlı sualı cavablandırıb. Xatırladaq ki, yeni komanda 2026-cı ildə Formula 1-də debüt edəcək.

“Əlbəttə ki, hamı bizim Kolton Herta kimi amerikalı pilot axtardığımızı güman edir. O, şübhəsiz ki, planda tutduqlarımızdan biridir. Düşünürəm ki, seçimlərimizi açıq saxlamalıyıq. Hazırda avtoidman dünyasında komandalardan çox sürücü var. İstedadların sayı kifayət qədərdir. Bizim planlarımız bir təcrübəli pilotla başlamaqdır. Onun milliyyətinin fərqi olmayacaq. Komandada digər sürücü gənc amerikalı istedad olacaq. Hazırda hədəflər bunlardır”, – deyə Andretti “NBC News”a bildirib.

Shares: