Dünənki məğlubiyyətdən sonra Fransanın “Paris Sen-Jermen” komandası ümumi mərhələnin nəticələrinə əsasən Çempionlar Liqasının 1/8 finalına çıxmaq şansını itirib. Bu barədə “Opta” statistik portalı xəbər verir.

Mənbəyə görə, PSJ-nin ilk səkkizliyə düşmək şansı sıfıra bərabərdir. Komandanın 9-cü yerdən 24-ə kimi olan pillələri tutaraq pley-off mərhələsinə yüksəlmək şansı isə 55%-dir.

Xatırladaq ki, Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunun matçında PSJ “Bayern”ə minimal hesabla (0:1) uduzub.

5 matçdan sonra PSJ dörd xalla turnir cədvəlində 26-cı yerdədir. Fransa klubunu 8-ci pillədən 7 xal ayırır. Bundan sonrakı turlarda parisliləri səfərdə “Zalsburq”, evdə “Mançester Siti” və səfərdə “Ştutqart”la qarşılaşmalar gözləyir.

Shares: