“Lion “Olimpik”i ilə matç çox maraqlı olacaq”.

Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Yassin Benzia Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda Lion “Olimpik”i (Fransa) ilə oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.

30 yaşlı yarımmüdafiəçi qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Lion klubunda çox böyük fərq var. Mən oynadığım zamanda da yaxşı performans göstərirdilər. İndi də yüksək səviyyəli kollektiv var. “Qarabağ” sözünün mənası bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ona görə də klubun uğurları üçün əlimizdən gələni etməliyik. Baş məşqçimiz Qurban Qurbanov da çox güclü mütəxəssisdir”.

Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək “Qarabağ” – “Olimpik” görüşü saat 21:45-də start götürəcək. Benzya 2011-2015-ci illər aralığında Lion klubunun formasını geyinib.

Shares: