İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haland UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Futbolinfo.az “Opta”ya istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “qol+ötürmə sistemi”ndə fərqlənib.
O, bunu ötən gün, Liqa mərhələsinin 5-cii turunda “Feyenoord”a (Niderland) qarşı oyunda (3:3) gerçəkləşdirib. Norveçli ön xətt oyunçusu 44-cü dəqiqədə penaltidən fərqləndikdən sonra 50 qol+ötürmə (45 qol, 5 məhsuldar ötürmə) həddinə ən tez çatan futbolçu olub. O, bunu cəmi 44 oyunda həyata keçirib. Futbolçu bu göstəricidə “Mançester Yunayted”in sabiq hücumçusu Rud van Nistelroyu (45 oyun) geridə qoyub.