“Denver Naggets”in müdafiəçisi Rassel Vestbruk peşəkar karyerasına başladığı Oklahoma Siti şəhərinin infrastrukturuna yatırmaq niyyətindədir.

Futbolinfo.az bu barədə “Sports Illustrated”ə istinadən xəbər verir.

İnvestisiya məbləğinin 10 milyon dollar olacağı bildirilir.
Vestbruk 2008-2019-cu illərdə “Oklahoma Siti Tanders”də çıxış edib. Rassel hazırda Milli Basketbol Assosiasiyası tarixində ribaundlar və qazanılan xallara görə pleymeykerlər arasında ikinci yerdədir.

Karyerasının ən yaxşı vaxtlarında Vestbruk liqada tripl-dabllar seriyası ilə yadda qalıb.

Shares: