Misli Premyer Liqasının iştirakçıları ənənəvi problemlə üzləşib. Noyabr ayı başa çatmaq üzrə olsa da, klublar hələ oktyabrın ödənişlərini almayıb.

Futbolinfo.az xəbər verir ki, ölkə klublarına dövlət tərəfindən ayrılan 3 milyon manatlıq yardım hər dəfə yubadılır, bu isə ödənişlərlə bağlı problem yaradır, iş prosesini pozur. Xüsusilə bu malyyədən asılı olan klubların vəziyyəti çətindir.

Ötən aylar klub rəhbərləri bir neçə dəfə AFFA-ya müraciət etmiş, onların vasitəsi ilə köçürülən ödəmələrin yubanmasından şikayətlənmişdilər. Qurumun rəhbərliyi isə problemi yoluna qoyacaqlarını vəd etmiş və bir daha gecikmə olmayacağını söyləmişdilər. Bu gün noyabrın 28-i olduğunu, AFFA-nın isə klublara oktyabrın ödənişlərini etmədiyini nəzərə alsaq, deməli, assosiasiya rəhbərliyi yenə yalan danışıb.

Həmişə olduğu kimi…

Shares: