İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqası (ÇL) tarixində yeni antirekord müəyyənləşdirib.

Futbolinfo.az xəbər verir ki, bu, Liqa mərhələsinin 5-ci turunda evdə Niderland təmsilçisi “Feyenoord”la oyuna təsadüf edib.

“Şəhərlilər” öndə olsa da, qələbəni əldə verib.

Mançester təmsilçisi ÇL tarixində 75-ci dəqiqədə 3:0 hesabı ilə öndə olan, lakin qalib gələ bilməyən ilk komanda olub.

Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Shares: