UEFA Konfrans Liqasının Liqa mərhələsində 4-cü tura start verilib.
Futbolinfo.az xəbər verir ki, günün yeganə matçı Türkiyənin İstanbul şəhərində keçirilib.
“Başakşəhər” doğma meydanda Moldova təmsilçisi “Petrokub”la 1:1 hesablı heç-heçəyə razılaşıb.
Hesabı 42-ci dəqiqədə penalti zərbəsindən Kşiştof Pyontek açıb. Qonaqlar məğlubiyyətdən 90+6-cı dəqiqədə qaça biliblər. Lon Borş dəqiq zərbə müəllifi olub.
Əvvəlki üç matçda bir heç-heçə edən İstanbul klubunun xallarının sayı 2-yə çatıb. “Petrokub” isə ilk xalını qazanıb.