UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turunun oyunları baş tutub.
Futbolinfo.az xəbər verir ki, turnirə çox zəif başlayan “Milan” artıq son üç görüşdə qalib gəlib və bu oyunların hər birində üç qol vurub.
Paulo Fonsekanın yetirmələri əvvəlcə “Brügge”yə, sonra “Real”a, dünən isə “Slovan”a üç qol vurub.
İtaliyalılar bunu uzun müddətdən sonra reallaşdırıb. Belə ki, “Milan” 1989-cu ildən bəri ilk dəfə Avropa turnirlərində ardıcıl üç oyunda üç qol vurur. Komanda daha əvvəl 1989-cu ildə finalda Rumıniyanın “Styaua” klubunu məğlub edərək, Çempionlar Kubokunu qazanmışdı.