“İnter Mayami”nin hücumçusu Luis Suares komandası ilə müqavilə müddətini artırıb.

Futbolinfo.az ABŞ klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun yeni sözləşməsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.

Uruqvaylı oyunçu “İnter Mayami”yə 2024-cü ilin əvvəlində azad agent kimi qoşulub. O, bu klubun heyətində 37 matçda 25 qol vurub.

Suares daha öncə “Barselona”, “Liverpul”, “Atletiko” (Madrid) və “Ayaks” kimi klublarda çıxış edib.

Shares: